QHT və media nümayəndələrinin nəzərinə!

Aprelin 18-dən artıq çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Kağız çıxarış dövrünə son qoyulur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat keçiriləcək. Tədbir aprelin 16-sı saat 13:30-da baş tutacaq.

Tədbirin keçirilməsində məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. İctimai Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri media nümayəndələri iştirak edəcək.

Tədbir aprelin 16-sı saat 13:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20, Ulduz metrosunun yanı) keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi : 050-235-30-33

 
 
 

Sorğu

Daşınmaz əmlakın inventarlaşdırılması barədə məlumatlısınızmı?