“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyadan növbəti həftə Mehdiabad sakinləri yararlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  bütün növ xidmətləri operativ formada göstərməkdə davam edir. Hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi olacaq. Komitə əməkdaşları tərəfindən 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək.

Yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərindən yararlanmaq istəyən vətəndaşlar Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi 18 (Mehdiabad İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə müraciət edə bilər.

Qeyd edək ki, 12 kənd və qəsəbədə keçirilən ictimai əhəmiyyətli kampaniya çərçivəsində mobil ofislərə ümumilikdə  850-dən çox vətəndaş müraciəti daxil olub.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?