Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Komitənin rəhbər işçiləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olur. Həmçinin dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da vətəndaşlar tərəfindən verilir.

Ardını oxu...

11 dekabr hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

Dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq olunan müasir yanaşmalar hərraclarda şəffaflığı artırır, vətəndaş məmnunluğunu təmin edir. Elektron hərrac vasitəsilə dövlət əmlakları üzrə sifarişlərin onlayn formada verilməsi, eləcə də prosesə virtual formada qatılmaq imkanı investorlar üçün rahat iştirak şəraiti yaradır. Hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi və cəlbediciliyi ilə investorların axtardığı əmlakları tapması daha rahatdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 dekabr, 2018-ci il tarixində Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

Geniş seçim imkanlarının olduğu 15 yanvar hərracı: 110 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda özəlləşdirilən dövlət əmlaklarının fəaliyyəti ölkədə mövcud biznes mühitinə müsbət təsir göstərir. Müxtəlif iqtisadi sahələrə aid olan, qiymət və ərazi üzrə geniş seçim imkanları vəd edən dövlət obyektləri sahibkarlıq prosesini stimullaşdırır, investorların bu sahəyə olan marağını artırır. Özəlləşdirilən belə müəssisələrdə istehsal olunan məhsullar və göstərilən xidmətlər daxili tələbatı ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına dəstək olur.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?