Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən dekabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Qəbul cədvəlinə müvafiq olaraq Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Səsləndirilən fərdi müraciətlər əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı olub. Dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak məsələləri də müraciətlərə aiddir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Komitənin rəhbər işçiləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olur. Həmçinin dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da vətəndaşlar tərəfindən verilir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin anım tədbirində “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” mövzusunda keçirilən müsabiqəyə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə keçirdiyi anım tədbirində “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edilməlidir ki, bu müsabiqə cari ilin may ayında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi-praktiki konfransda elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, alim və tədqiqatçıların bu sahədə innovativ məlumat bankının yaradılmasına təkan verməsindən ibarət olub.

Ardını oxu...

11 dekabr hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

Dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq olunan müasir yanaşmalar hərraclarda şəffaflığı artırır, vətəndaş məmnunluğunu təmin edir. Elektron hərrac vasitəsilə dövlət əmlakları üzrə sifarişlərin onlayn formada verilməsi, eləcə də prosesə virtual formada qatılmaq imkanı investorlar üçün rahat iştirak şəraiti yaradır. Hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi və cəlbediciliyi ilə investorların axtardığı əmlakları tapması daha rahatdır.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?