“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Güzdək qəsəbəsi olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşları operativ xidmətlə təmin edən  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Güzdək qəsəbəsi olacaq. Belə ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 20-24 avqust tarixlərində (bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Güzdək qəsəbəsi, Elman Heydərov küçəsi (icra nümayəndəliyinin yanı) ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağsu rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 avqust 2018-ci il tarixində Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Ağsu rayonu ilə yanaşı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı qeyd edilən bölgələrin əhalisinin müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

Özəlləşmə nəticəsində daha bir müəssisə yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» fərmanına və müvafiq tapşırıqlarına uyğun olaraq ölkədə özəlləşdirilən müəssisələrin fəaliyyəti yenidən qurulur, regionların inkişafını artıran belə müəssisələrin fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi diqqət mərkəzindədir.

Ardını oxu...

Rəqabətli keçən növbəti hərrac: 25 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində keçirdiyi hərraclara hər kəs olduğu məkandan qoşula bilir. Bunu Elektron Hərrac sisteminin tətbiqi mümkün edir. Müasirlik və optimallığın təminatı nəticəsində elektron sifarişlərin verilməsi, internetin olduğu məkanlarda onlayn iştirak imkanları prosesi vətəndaşa daha yaxın edir. Belə üstünlüklərin olduğu hərraclarda özəlləşdirilən dövlət əmlakları investorların biznes planlarını reallaşdırır, onları əmlak sahibinə çevirir.

Ardını oxu...

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?