Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib

Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib. 

Ardını oxu...

Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.  Belə ki, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.

Ardını oxu...

16 oktyabr hərracı: biri elektron olmaqla 9 əmlak üzrə 14 sifariş qəbul edildi

Məkan və vaxt fərqi olmadan müraciət imkanı ilə özəlləşdirmə hərraclarında sifariş və iştirak çox rahatdır. Heç bir yerə getmədən vətəndaşı əmlak sahibinə çevirən bu prosesə olan ictimai maraq isə  artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə əlverişli fürsətlər yaradan hərraclardan biri də 16 oktyabr tarixində keçirildi. Qeyd edək ki, iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilmişdir. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib.

Ardını oxu...

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Hər kəs vaxt sərf etmədən, elə olduğu yerdəcə hərracda iştirak edib dövlət əmlakına sahib ola bilər. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara təklif etdiyi onlayn qoşulma imkanı mümkün edir. Rahat, şəffaf mühitdə, heç bir məhdudiyyət və əlavə ünsiyyət olmadan sifarişçi arzu etdiyi əmlakı özəlləşdirə bilər. Müraciət prosedurları isə çox sadədir. İştirak etmək üçün kompüter və ya digər elektron resurslarla Özəlləşdirmə portalından seçim və sifariş etmək kifayətdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Quba şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 oktyabr 2018-ci il tarixində Quba şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib

“Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Belə ki, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası 12 oktyabrda Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si ikinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür.

Ardını oxu...

Torpaqların üst münbit qatının daşınmasının qarşısı alındı

Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Son nəticədə, bu qanuna zidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi reydlərini davam etdirir.

Ardını oxu...

İmişlinin torpaq idarəçiliyində yeni mərhələ

Bundan sonra İmişli rayonunun torpaq idarəçiliyində yeniliklər baş verəcək. Artıq torpaq istifadəçiliyi və inzibatçılığı sahəsində həyata keçirilən işlər daha effektiv aparılacaq. Buna rayonda praktiki istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu işləri imkan yaradacaq. Torpaqların Elektron Kadastr Uçotu işlərinin İmişli rayonunda yekunlaşması və real şəraitdə istifadəyə verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İctimai təqdimat keçirilib. 

Ardını oxu...

Hərracda 10 dövlət əmlakına 13 sifariş verilib: siyahı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirildi.

Ardını oxu...

Noyabrın ilk hərracında 79 dövlət əmlakı üzrə seçim şansı

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Müxtəlif çeşidli dövlət əmlaklarının qiymət, ərazi və faydalılıq baxımından cəlbediciliyi vətəndaşların prosesdə iştirak marağını artırır. Bunun nəticəsində də  hərraclarda rəqabət müşahidə olunur və  özəl sektorda yeni müəssisələrin sayı artır.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyadan növbəti həftə Mehdiabad sakinləri yararlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  bütün növ xidmətləri operativ formada göstərməkdə davam edir. Hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi olacaq. Komitə əməkdaşları tərəfindən 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək.

Ardını oxu...

Cəbhə bölgəsi olan Füzuli sakinlərinə şad xəbər – daşınmaz əmlakın qeydiyyat xidmətləri sizə daha yaxın oldu

Daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri cəbhə bölgəsinə daha yaxın oldu. Artıq Füzuli rayon sakinlərinin qeydiyyatla əlaqədar digər bölgələrə getməsinə ehtiyac qalmadı. Belə ki, 5 oktyabr tarixində Horadiz şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin qeydiyyat xidmətlərini göstərən yeni inşa edilmiş ərazi ofisi istifadəyə verildi. Bu imkanın yaradılması cəbhə bölgəsindəki sakinlərin daha rahat şəkildə qeydiyyat xidmətlərindən faydalanmasına və bu sahədə əlçatanlığın təmin olunmasına yönəlib. Qeydiyyatla bağlı bu xidmət məkanı Füzuli rayonunun işğaldan azad olunmuş 1 şəhər, 12 qəsəbə, 20 kəndini əhatə edəcək. Belə ki, burada yaşayan 50 mindən artıq sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Bununla da həmin ərazidə yaşayan sakinlər uzaq məsafə qət etmədən operativ şəkildə əmlaka dair çıxarış və texniki sənədlərini ala biləcəklər, digər xidmətlərdən yararlanacaqlar. 

Ardını oxu...

Şabranda yekunlaşan torpaqların elektron kadastr uçotu işləri ilə nələr əldə olunacaq?

Ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin nəticələrinin praktiki istifadəsi bütün rayonları sürətlə əhatə etməkdədir. Artıq Şabran rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib.   Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şabranda İctimai təqdimat keçirilib. Təqdimat aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin marağına səbəb olub.

Ardını oxu...

Oktyabrın ilk hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində şəffaf və müasir mühitdə növbəti hərrac keçirilib. Prosesə çıxarılan əmlakların cəlbediciliyi və geniş seçim imkanı sifarişçilər arasında rəqabət yaradıb. Ayın ilk hərracında 15 dövlət əmlakı üzrə 22 sifariş verilmişdir. Bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən Astara Çay-3  Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirildi. Astara rayonu,  Pensər kəndində yerləşən səhmdar cəmiyyətinin 30%-lik səhm paketinin satış qiyməti 86 min 217 manat müəyyən olundu.

Ardını oxu...

Əmlak idarəçiliyindəki yenilikləri vətəndaş cəmiyyəti institutları müzakirə edib

Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində 2 oktyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib. Vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub. İctimai dialoqda 30-dan çox ictimai birliklərin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən GİZ-in, Asiya İnkişaf Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər.

Ardını oxu...

Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi prosesini məsafəsiz reallaşdırır. Belə ki, Elektron hərrac sistemi investorlara əlavə vaxt qazandırmaqla operativ xidməti təklif  edir. Özəlləşdirmə portalında mövcud imkanlarla elektron formada seçim və sifariş etmək mümkündür. Bu elektron mənbə hərrac keçirilən vaxt sifarişçilərin və ziyarətçilərin onlayn iştirakına da şərait yaradır. Müasir hərraclarda əlçatan üstünlüklər investorların özəlləşdirmədə iştirakı və biznes planlarını reallaşdırması üçün rahat şəraiti təmin edir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Novxanı kəndindir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu,  Novxanı kəndində keçiriləcək. Vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirib. Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəranla yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb.

Ardını oxu...

Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda elektron formada sifarişlərin verilməsi, hərrac keçirilən yerə getmədən virtual iştirak imkanları məkan və zaman anlayışlarını aradan qaldırıb. Sürətli və əlçatan prosedurlar, dövlət əmlaklarının müxtəlifliyi sifarişçi sayını artırır, prosesdə rəqabəti təmin edir. Özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 25 sentyabr tarixində növbəti hərrac reallaşdı. Müasir hərracın üstünlükləri şəffaf və operativ prosesdə rəqabətli mühit yaratdı. Belə ki, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilmişdir. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş vermişdir.

Ardını oxu...

Komitə 23 oktyabrda növbəti hərrac keçirəcək: 170 dövlət əmlakı üzrə seçim imkanı

Özəlləşdirmə hərraclarının keçirilməsi hər kəsin seçdiyi dövlət əmlakına rahatlıqla sahib olmasına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin təmin etdiyi elektron hərraclar isə prosesi daha da sadələşdirir. Komitə tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq. Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr 2018-ci il tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Lənkəran rayonu ilə yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?